DÜNYA


İran polisi bir tondan çox narkotik vasitə müsadirə edib

Tehran, 16 sentyabr, AZƏRTAC

İran polisinin Sistan-Bəlucistan bölgəsindəki İranşəhr şəhərində keçirdiyi əməliyyat nəticəsində 1,1 ton narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, şəhərə daxil olan avtomobil polisin əvvəlcədən aldığı məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və axtarış aparılıb. Avtomobildən 1 ton 100 kiloqram narkotik vasitə aşkarlanıb. Sürücü və sərnişinlər həbs ediliblər.

Faktla bağlı istintaq aparılır.

Xatırladaq ki, İran polisi hər il Əfqanıstan ilə sərhəddə tonlarla narkotik vasitəni qanunsuz dövriyyədən çıxarır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.