DÜNYA


İran polisi iki tondan çox narkotik vasitə müsadirə edib

Tehran, 13 oktyabr, AZƏRTAC

İran polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə xüsusi əməliyyatları davam etdirir.

AZƏRTAC xəbər verir ki, Zahedan şəhərində keçirilən növbəti əməliyyat zamanı 2 ton 219 kiloqram narkotik maddə müsadirə edilib.

Şəhərin polis rəisi Məhəmməd Qəmbəri jurnalistlərə bildirib ki, bu gün səhər saatlarında Əfqanıstan-İran sərhədini keçən avtomobillərə baxış olub. Nəticədə 1 ton 819 kiloqram tiryək, 313 kiloqram həşiş, 70 kiloqram metamfetamin və 16 kiloqram heroin aşkarlanaraq müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.