DÜNYA


İran uzaq hədəfləri vura bilən raketini ilk dəfə nümayiş etdirib

Tehran, 12 fevral, AZƏRTAC

İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar Tehranda keçirilən ümumxalq yürüşündə İran uzun mənzilli hədəfləri vurmaq imkanına malik olan “Qiyam” raketini ilk dəfə nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, İranın bu tip raketə malik olması haqqında xəbərlər mütəmadi yayılsa da, ölkənin hərbi rəhbərləri onu nümayiş etdirmirdilər. Lakin inqilabın 40-cı ildönümündə bu raket ilk dəfə nümayiş olundu. İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-kosmos qüvvələrinin nəzarətində olan “Qiyam” raketi 800 kilometr məsafədəki hədəfi dəqiqliklə vurmaq imkanındadır. Bununla yanaşı, yürüşdə 700 kilometr məsafədəki hədəfi vura bilən “Zülfüqar” tipli raket də nümayiş olunub.

Xatırladaq ki, ABŞ və Avropa dövlətləri İrandan raket proqramını dayandırmasını tələb edirlər. Lakin İran təkidlə bildirir ki, milli raket proqramı ölkənin müdafiəsində istifadə olunur və onun dayandırılması mümkün deyil.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.