DÜNYA


İran uzaqmənzilli raketlərin istehsalını davam etdirəcək

Tehran, 20 oktyabr AZƏRTAC

ABŞ-ın təhdidlərinə və hədələrinə baxmayaraq, İran uzaqmənzilli raketlərin istehsalını davam etdirəcək.

Bu sözləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə deyib. O bildirib ki, ABŞ yeni sanksiyalar tətbiq etsə də, İran raket istehsalı proqramını yarımçıq saxlamayacaq.

General bildirib ki, ABŞ-ın hədələri İrana psixoloji təsir göstərmək xarakteri daşıyır. İran heç bir qüvvədən çəkinmir və istənilən müharibəyə hazırdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.