DÜNYA


İran və Rusiya birgə peyvənd istehsal edəcəklər

Tehran, 20 fevral, AZƏRTAC.

Novruz bayramından sonra İranda Rusiyanın “Sputnik V” peyvəndinin kütləvi istehsalına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin əczaçılıq və dərman preparatlarına nəzarət şöbəsinin müdiri Kiyanuş Cahanpur verib. O bildirib ki, Rusiya istehsalı olan peyvənd çox effektlidir və 65 yaşadan yuxarı vətəndaşlara vurulduqda heç bir problem meydana çıxmır. Bu peyvənd özünü praktikada doğrultduğu üçün İran ilə Rusiya “Sputnik V” peyvəndini birgə istehsal etmək qərarına gəliblər.

K.Cahanpur bildirib ki, İran Rusiyadan peyvənd almaq üçün 2,5 milyon doza sifariş verib. Bu doza qurtarana kimi İranda “Sputnik”in istehsalına başlanılacaq və əhalinin peyvənd ilə təminatında heç bir problem yaşanmayacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.