CƏMİYYƏT


İran vətəndaşından psixotrop maddə aşkarlanıb

Bakı, 16 may, AZƏRTAC

İran vətəndaşından psixotrop maddə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Zolfagharı Sabzeh Khanı Hanıeh Alı qızı Biləsuvar gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yaranıb. Müayinə zamanı onun daxili bədən boşluğundan ümumilikdə 3 ədəd, sellofan bükümdə xalis çəkisi 162,54 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.