DÜNYA


İran xaricdən COVID-19 peyvəndi almağı dayandırır

Bakı, 2 yanvar, AZƏRTAC

İran Ərzaq və Dərman Administrasiyasının sədri Bəhram Darayi dövlət televiziyasında verdiyi açıqlamada ölkədə aparılan peyvənd araşdırmaları və istifadə edilən vaksinlər haqqında məlumat verib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, B.Darayi xaricdən COVID-19-a qarşı vaksinlərin idxalının dayandırıldığını və yerli peyvənddən istifadə edəcəklərini bildirib.

"Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli vaksinlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal edəcəyimizi düşünürük”, - deyə B.Darayi qeyd edib.

Yerli istehsalçıların ayda ən az 15 milyon doza COVID-19 peyvəndi istehsal edəcəyini vurğulayan B.Darayi, İranın istehsal etdiyi yerli vaksinlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməsi üçün sənədlərin hazırlanaraq göndəriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.