SİYASƏT
İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcəkdir
Tehran, 24 iyul (AZƏRTAC). İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 27-də Azərbaycana rəsmi səfər edəcəkdir.
Azərbaycanın Tehrandakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində ölkələrimiz arasında münasibətlərə dair məsələlər müzakirə olunacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran