DÜNYA
İran yeni hərbi texnikasını təqdim edib
Tehran, 13 avqust, AZƏRTAC
Avqustun 13-də İranın Müdafiə nazirinin iştirakı ilə yeni istehsal olunan hərbi texnikanın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, İranın müdafiə sənayesi “Rəəd” və “Əras” tipli zirehli avtomobili istehsal edərək Müdafiə Nazirliyinə təqdim edib. Mərasimdə çıxış edən İranın Müdafiə naziri general Əmir Xətami qeyd edib ki, bu hərbi maşınlar tam olaraq İranın milli istehsalıdır. Avtomobillərin heç bir detalı xaricdən gətirilməyib. Onun sözlərinə görə, bu zirehli maşınlar minaya düşərkən sıradan çıxmır. Səhralıq və bataqlıqda sərbəst hərəkət etmək imkanına malik olan avtomobillər İran ordusunun qüdrətini daha da artıracaq.
Xatırladaq ki, son dövrlər İran milli müdafiə sənayesi bir neçə hərbi texnika istehsal edərək orduya verib. Bunların arasında yeni radar və raket sistemləri də var.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]