DÜNYA


İran yeni istehsal etdiyi “ağıllı” bombaları təqdim edib

Tehran, 11 avqust, AZƏRTAC

İranın Müdafiə Nazirliyində “Yasin” və “Balaban” adlı iki yeni “ağıllı” bombanın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində İranın Müdafiə naziri general Əmir Xatəmi də iştirak edib. O bildirib ki, sırf İran istehsalı olan yeni bombalar 50 kilometrdən də uzaq məsafədəki hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir. İdarə olunan bombalar istənilən hava şəraitində işə salına bilər.

Nazir bəyan edib ki, İran təhlükəsizliyini təmin etmək istiqamətində bütün zəruri addımları ataraq daha müasir silah-sursat istehsalını davam etdirəcək. Heç bir dövlət İranın hərbi qüdrəti qarşısında dayana bilməz. Rəsmi Tehran hərbi qüdrətini artmaqla bölgədə sabitliyi təmin etmiş olur.

Mərasimdən sonra yeni bombalar İran ordusunun müvafiq bölməsinə verilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.