DÜNYA
İran yeni nəsil hərbi təyyarənin istehsalına başlayıb
Tehran, 3 noyabr, AZƏRTAC
İranın hərbi sənaye kompleksi “Kövsər” adlı yeni nəsil qırıcı təyyarənin kütləvi istehsalına başlayıb.
AZƏRTAC-ın məlumatına görə, bununla əlaqədar keçirilən mərasimdə iştirak edən İranın müdafiə naziri Əmir Hatəmi bildirib ki, yeni nəsil təyyarənin kütləvi istehsalı ordunun qüdrətini artıracaq.
Elektron cihazlarla təchiz olunan yeni qırıcı təyyarə hədəfi daha dəqiq vurmaq imkanına malikdir. Yeni sistemin vasitəsi ilə təyyarə döyüş zamanı düşmən təyyarələrini daha dəqiq izləyə bilər. Bunlarla yanaşı təyyarənin havada manevr etmək imkanları da artırılıb.
Xatırladaq ki, İran yeni texnologiyalarla hərbi məqsədlər üçün nəzərdə tutulan texnikalar istehsal edən az dövlətlərdən biridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]