DÜNYA


İran yenidən Suriyaya neft tədarükünə başlayıb

Bakı, 11 may, AZƏRTAC

İranın Suriyaya neft nəqlini yenidən bərpa etdiyi bildirilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra neft böhranı yaşayan Suriyada yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr yaranıb. Suriyanın bu böhrandan yaxa qurtarmaq üçün İrandan 1 milyon barrel xam neft aldığı bildirilir.

Qeyd edək ki, tankerlərin monitorinqini aparan şirkətlərə görə, əvvəllər İran Suriyaya ayda 1-3 milyon barrel neft göndərirdi. Lakin ABŞ-ın sanksiyalarına görə, neft daşımaları ötən ilin sonunda demək olar ki, dayanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.