DÜNYA


İrana koronavirusdan yoluxma və ölüm hallarının artması müşahidə edilir

Tehran, 27 noyabr, AZƏRTAC

Son 24 saat ərzində İranda 14 min 51 nəfər koronavirusa yoluxub, 406 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yayıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 922 min 397-ə, yoluxaraq ölənlərin sayı isə 47 min 95-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 860 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 640 min 65 nəfər isə sağalaraq evə buraxılıb.

Havaların soyuq keçməsi yoluxanların sayının artmasına səbəb olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.