DÜNYA


İrana məxsus neft tankerində baş verən partlayış terror aktı ola bilər

Tehran, 11 oktyabr, AZƏRTAC

Ciddə şəhər limanının yaxınlığında İranın milli neft şirkətinə məxsus olan tankerin partladılması terror aktı ola bilər.

AZƏRTAC İran mətbuatına istinadən xəbər verir ki, tankerdə iki partlayış baş verib. Birinci partlayış nəticəsində tankerin göyərtəsi zədələnib. İkinci partlayışda isə göyərtədə dəlik yaranıb və neft dənizə axmağa başlayıb. Hadisə yerinə yollanan texniki ekspertiza araşdırma aparır. “Sabiti” adlanan neft tankerinin ekipaj üzvləri heç bir xəsarət almayıblar.

İran texniki ekspertizanın rəyini gözləyir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.