DÜNYA
İrana qarşı yeni sanksiyalar tətbiq olunub
Tehran, 20 oktyabr, AZƏRTAC
ABŞ İran Gəmiçilik şirkəti ilə yanaşı, 6 beynəlxalq şirkətə qarşı sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, sanksiyalara əsasən, Çində qeydiyyatdan keçmiş 6 şirkət və onların rəhbərləri ABŞ-a gedə bilməz və onların maliyyə fəaliyyətləri nəzarətdə saxlanılacaq. ABŞ Maliyyə Nazirliyi həmin şirkətləri İran ilə əməkdaşlıqda və sanksiya rejimini pozmaqda ittiham edir.
Bu günə qədər ABŞ İran ilə əməkdaşlıq edən 125 gəminin adını sanksiyalar siyahısına salıb.
İran rəsmiləri bu sanksiyaları əhəmiyyətsiz adlandırıblar. Qeyd olunub ki, İran gəmiləri dünyanın müxtəlif sularında üzür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]