DÜNYA


İrana qarşı yeni sanksiyalar tətbiq olunub

Tehran, 19 noyabr, AZƏRTAC

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında əhatəli qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, İranın informasıya naziri Seyid Mahmud Ələvi və “Mostazafan” fondunun rəhbəri Seyid Pərviz Fəttahın adları sanksiyalar siyahısına salınıb. Bununla yanaşı, adı yuxarıda göstərilən fond ilə əməkdaşlıq edən 49 şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq.

Yerli mətbuat hesab edir ki, ABŞ-da yeni seçilən prezident münasibətləri yumşaltmağa çalışacaq.

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə keçmiş komissarı Federika Moqerini Co Baydeni İran ilə danışıqlar aparmağa çağırıb. F.Moqerini hesab edir ki, yeni danışıqlar başlasa münasibətlər nisbətən yumşalar.

Rəsmi Tehran da danışıqlardan imtina etmir. Lakin danışıqların ABŞ-ın 2015-ci ildə “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” imzalanmış müqaviləyə qayıdışından sona mümkün olacağını bəyan edib.

Qeyd edək ki, ABŞ-da Donald Tramp prezident seçildikdən sonra İrana qarşı sərt siyasi kurs müəyyən edildi. Rəsmi Vaşinqton birtərəfli qaydada müqavilədən çıxdı. Yeni prezident C.Baydenin isə İran ilə əlaqədar hansı addımlar atacağı hələlik bəlli deyil.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.