DÜNYA


İrana yeni sanksiyalar tətbiq olunub

Tehran, 7 iyul, AZƏRTAC

İyunun 7-də ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini bildirib.

AZƏRTAC xəbər verir ki, 2 hüquqi şəxs, 13 şirkət və neft daşıyan 2 tankerin adı sanksiyalar siyahısına əlavə edilib. ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, sanksiyaya məruz qalan şirkətlər və hüquqi şəxslər İran neftini qanunsuz yollarla Şərqi Asiya dövlətlərinə satıblar.

Rəsmi Tehran həmişə olduğu kimi, bu dəfə də tətbiq olunan sanksiyaları beynəlxalq hüquqa zidd hesab edir və bildirir ki, bu addımlar ABŞ-ın İrana qarşı düşmənçilik siyasəti aparmasının bariz nümunəsidir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.