DÜNYA


İranda 100 min məhkum müvəqqəti olaraq azadlığa buraxılıb

Tehran, 30 mart, AZƏRTAC

İranda müvəqqəti olaraq 100 min məhkum azadlığa buraxılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İslami məlumat verib. O bildirib ki, koronovirusun geniş yayılması ilə əlaqədar olaraq məhkumlar müvəqqəti olaraq evlərinə buraxılıb. Onun sözlərinə görə cəzaçəkmə müəssisələrinə virusun keçməsinin qarşısını almağın yeganə yolu buradakı məhkumları azadlığa buraxmaqdır.

İranın insan hüquqları üzrə qərargahı isə bəyan edib ki, bu təcrübəni digər dövlətlərlə bölə bilər. Bəyanatda deyilir ki, məhkumların hüquqlarının müdafiəsi və virusdan qorunması üçün məhkumlar xüsusi proqram əsasında müvəqqəti olaraq azadlığa buraxılıblar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.