DÜNYA
İranda 1 ton 669 kiloqram narkotik maddə müsadirə edilib
Tehran, 28 sentyabr, AZƏRTAC
İranın Sistan-Bəlucistan bölgəsindəki İranşəhrdə 1 ton 669 kiloqram narkotik maddə müsadirə edilib.
AZƏRTAC bölgənin Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general Məhəmməd Qənbəriyə istinadla xəbər verir ki, operativ məlumatlar əsasında həyata keçirilmiş əməliyyat nəticəsində İranşəhrə daxil olan yük avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilib və yük yerində 1 ton 621 kiloqram tiryək, 23 kiloqram heroin, 5 kiloqram həşiş və 20 kiloqram digər narkotik maddələr aşkar olunaraq müsadirə edilib.
General diqqətə çatdırıb ki, baş vermiş hadisə ilə əlaqədar həbs olunanlar var, cinayət işi açılıb və istintaq aparılır. “Məqsədimiz narkotik maddələrin kimlərə çatacağını müəyyənləşdirməkdir”, - deyən M.Qənbəri bildirib ki, qaçaqmalçılar narkotik maddələri Avropaya göndərmək istəyində olublar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]