DÜNYA


İranda 1 tondan çox narkotik maddə müsadirə olunub

Tehran, 8 oktyabr, AZƏRTAC

İranın Şərqi Azərbaycan vilayətində təhlükəsizlik qüvvələri 1 ton 750 kiloqram heroin ələ keçiriblər.

AZƏRTAC İranın Təhlükəsizlik Nazirliyinə istinadla xəbər verir ki, qaçaqmalçılar narkotik maddəni Bəzarqan gömrük-keçid məntəqəsindən Türkiyəyə, oradan isə Avropaya aparmağa cəhd ediblər. Operativ məlumat əsasında həyata keçirilən əməliyyatın nəticəsində qaçaqmalçılığın qarşısı alınıb. Bir neçə nəfər həbs edilib, istintaq aparılır. Ehtimal edilir ki, bu narkotik maddə İran ərazisinə Əfqanıstandan keçirilib.

İranın Əfqanıstan və Pakistan ilə sərhədi qeyri-sabitdir. Bu sərhədlər terrorçular, silah və narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələr tərəfindən tez-tez pozulur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.