DÜNYA


İranda 4 minə yaxın məhkum əfv edilib

İranda 4 minə yaxın məhkum əfv edilib

Tehran, 9 fevral AZƏRTAC

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi əfv sərəncamı imzalayıb.

AZƏRTAC xəbər verir ki, İranda islam inqilabının 42-ci il dönümü ilə əlaqədar Ali Rəhbər 3 min 840 məhkumu əfv edib. Əfv olunanların bir qisminin cəzası yüngülləşdirilib, digər qismi isə cəzasının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıb.

Ali Rəhbərin administrasiyasından verilən məlumatda deyilir ki, Əli Xamneyi humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq hər il inqilabın ildönümündə əfv sərəncamı imzalayır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.