DÜNYA


İranda 50 min məhkum əfv ediləcək

Tehran, 5 fevral AZƏRTAC.

İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar elan ediləcək amnistiya aktına əsasən 50 min məhkum əfv ediləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, azadlığa buraxılanlarla yanaşı, bir sıra məhkumların da cəzaları yüngülləşdiriləcək.

Konfransda iştirak edən Tehran şəhərinin prokuroru Abbas Cəfər Dövlətəbadi isə diqqətə çatdırıb ki, əfv olunacaq məhkumların siyahısı hazırdır və məhkəmə hakimiyyətinə təqdim olunub.

İran qanunlarına görə əfv və amnistiya aktı elan etmək səlahiyyəti yalnız İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyiyə məxsusdur. Qanuna əsasən, siyahı Ali Rəhbərə təqdim olunacaq, Ali Rəhbər isə sənədlə tanış olduqdan sonra onu təsdiq edəcək və icrası üçün sərəncam imzalayacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.