DÜNYA
İranda 6 ton narkotik maddənin hazırlanmasının qarşısı alınıb
Tehran, 14 noyabr, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində narkotik maddələrin qaçaqmalçılığının qarşısı alınıb.
AZƏRTAC İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, əməliyyat zamanı 500 kiloqram heroin müsadirə edilib. Bu narkotik maddənin hazırlanması üçün lazım olan xammal isə Türkiyədən İrana qaçaqmalçılıq yolu ilə keçirilib. Qaçaqmalçılar İranın Şərqi Azərbaycan ərazisində 6 ton heroin hazırlayıb Avropaya ötürməli idilər. Lakin Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı qaçaqmalçıların planının qarşısını alıb.
Açıqlamada o da qeyd edilib ki, əməliyyat zamanı 11 qaçaqmalçı həbs edilib. Onlar arasında Avropa dövlətlərinin vətəndaşları da var. Hazırda araşdırma aparılır. İstintaqdan sonra daha ətraflı məlumat veriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]