DÜNYA
İranda COVID-19-a yoluxma və ölüm hallarında azalma müşahidə edilir
Tehran, 18 sentyabr, AZƏRTAC
İranda koronavirusa yoluxma və ölüm hallarının azalması davam edir.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 12 min 847 nəfərin virusa yoluxması, 355 nəfərin isə bu xəstəlikdən ölməsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən həftə gün ərzində yoluxma sayı 20 mindən, ölüm halların isə 500–dən çox olurdu.
Hazırda İranda virusa yoluxanların ümumi sayı 5 milyon 408 min 860 nəfərə, ölənlərin ümumi sayı isə 116 min 791-ə çatıb. Xəstəxanalarda müalicə alan 6 min 836 nəfərin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 4 milyon 736 min 896 nəfər sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]