DÜNYA


İranda COVID-19-a yoluxma və ölüm hallarında azalma müşahidə olunur

Tehran, 6 dekabr, AZƏRTAC

Artıq 1 aydır ki, İranda koronavirusun yayılması və bu xəstəlikdən ölüm hallarında azalma müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada deyilir. Nəzərə çatdırılıb ki, əhalinin 85 faizindən çoxunun peyvəndlənməsi virusun yayılmasının qarşısını alır. İranda yaşayan xarici vətəndaşların da peyvəndlənməsi üçün Səhiyyə Nazirliyi 6 milyon doza peyvənd ayırıb.

Nazirliyin açıqlamasında o da bildirilib ki, son 24 saat ərzində İranda 3 min 356 nəfər virusa yoluxub, 77 nəfər isə həyatını itirib. Bununla da COVID-19 yoluxanların ümumi sayı 6 milyon 137 min 821 nəfər, ölənlərin ümumi sayı isə 130 min 277-yə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 3 min 232 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 5 milyon 930 min 502 xəstə sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.