DÜNYA


İranda COVID pasportu olmayanlar ictimai iaşə obyektlərinə buraxılmayacaq

Tehran, 25 sentyabr, AZƏRTAC

İranda müvəqqəti yaşayış hüququ olan 400 min xarici vətəndaşa peyvənd vurulub. Hazırda Əfqanıstandan qaçqın düşənlərin peyvəndlənməsi üçün hazırlıq işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Himməti verib. O bildirib ki, qaçqınların sayı müəyyənləşdirilir, onlar üçün lazımi sayda peyvənd ayrılacaq. Qaçqınların yerləşdiyi düşərgədə tibb məntəqələri yaradılır. Bu işlər başa çatdıqdan sonra qaçqınlara peyvənd vurulacaq.

İlam vilayətində səfərdə olan Prezident İbrahim Rəisi isə bəyan edib ki, artıq əhalinin 70 faizi peyvənd olunub.

İranın koronavirusla mübarizə qərargahının rəhbəri Əlirza Rəisi keçirdiyi mətbuat konfransında bildirib ki, 3 həftədən sonra ticarət mərkəzlərinə, restoran və kafelərə, eləcə də kinoteatr və digər xidmət obyektlərinə COVID pasportu olmayanlar buraxılmayacaq.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində ölkədə koronavirusa 10 min 843 yoluxma, 280 ölüm faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 5 milyon 519 min 728 nəfərə, həyatını itirənlərin ümumi sayı isə 119 min 72-yə çatıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.