MƏDƏNİYYƏT


İranda “Fəcr” Musiqi Festivalının açılışı olub VİDEO

Tehran, 14 fevral, AZƏRTAC

İranda keçirilən 34-cü “Fəcr” Musiqi Festivalının açılışı münasibəti ilə Tehranın Vəhdət Sarayında Azərbaycan mahnılarından ibarət konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə İranın dövlət və hökumət nümayəndələri, parlamentin üzvləri, ictimaiyyət təmsilçiləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, eləcə də Tehranda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak ediblər.

Konsertdə həmyerlimiz Samir Cəfərov Üzeyir Hacıbəylinin Uvertürası, “Sevgili canan” və “Arşın mal alan” əsərindən “Əsgərin nəğməsi”, Fikrət Əmirovun “Evləri var xana-xana”, Qara Qarayevin “Qızların rəqsi” və “Vals” Niyazinin “Qaytağı” və “Vətən nəğməsi, Tofiq Quliyevin “Sənə də qalmaz”, Əli Səlimin “Ayrılıq” mahnılarını ifa edib. Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə İran Milli Orkestrinin müşayiət etdiyi konsert maraqla qarşılanıb.

Xatırladaq ki, ənənəvi olaraq hər il bu ölkədə reallaşan festival fevralın 19-dək davam edəcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.