DÜNYA


İranda “Fəxrə” peyvəndinin kütləvi istehsalına başlanılacaq

Tehran, 9 iyun, AZƏRTAC

İran “Cov İran Barakat” peyvəndi ilə yanaşı, “Fəxrə” peyvəndinin də kütləvi istehsalına başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib. O bildirib ki, koronavirusa qarşı mübarizənin tək yolu əhaliyə kütləvi şəkildə peyvənd vurulmasıdır. Buna görə də İran mütəxəssisləri iki adda peyvənd hazırlayıblar. Onun sözlərinə görə bu günə kimi İranda cəmi 4 milyon 568 min 317 nəfərə peyvənd vurulub.

Sentyabrın sonunda İran 48 milyon doza “Cov İran Barakat” peyvəndi istehsal edəcək ki, bu da peyvənd çatışmazlığını tamamilə aradan qaldıracaq.

Səhiyyə Nazirliyinin digər açıqlamasına görə isə son 24 saat ərzində İranda 10 min 598 yoluxma, 157 ölüm halı qeydə alınıb ki, bununla da yoluxanların ümumi sayı 2 milyon 990 min 714 nəfərə, yoluxaraq ölənlərin sayı isə 81 min 519-a çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 590 min 682 nəfər sağalaraq evə buraxılıb. Müalicəsi davam edən 3 min 584 nəfərin vəziyyəti ağır olaraq qalır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.