DÜNYA


İranda Qadınlar və analar günü qeyd edilir


İranda Qadınlar və analar günü qeyd edilir

Tehran, 3 fevral AZƏRTAC.

Fevralın 3-ü Məhəmməd Peyğəmbərin qızı həzrəti Fatimənin doğum günü İranda Qadın və analar günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Peyğəmbərin qızı və həzrət Əlinin həyat yoldaşı həzrəti Fatimə dünyaya Həsən və Hüseyn kimi övladlar bəxş edib. Bunlar da İslam dininin yayılmasında və insanların mənəvi dünyasının zənginləşməsində xüsusi rol oynayıblar.

İran Prezidenti Həsən Ruhani Qadın və analar günü münasibətilə ölkə qadınlarına müraciətində bildirib ki, həzrəti Fatimənin həyat tərzi, mübarizəsi və əxlaqı dünya qadınları üçün bir nümunədir.

Prezident diqqətə çatdırıb ki, İslam inqilabının baş verməsində və sonrakı illərdə İranın inkişafında qadınlar əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, bu gün İran qadınları ictimai həyatın bütün sahələrində mühüm vəzifələr tutaraq ölkənin inkişafında iştirak edirlər.

Həsən Ruhani bildirib ki, bu gün İranda dövlət idarəçiliyində çalışanların 25 faizini qadınlar təşkil edir. Bütün nazirliklərdə qadınlar yüksək vəzifələrdə təmsil olunurlar. Demək olar ki, bütün nazirlərin müavinləri qadınlardı.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.