SİYASƏT


İranda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə xeyriyyə tədbiri keçirilib

Tehran, 10 may , AZƏRTAC

Mayın 10-da Azərbaycanın İrandakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə xeyriyyə tədbiri keçirilib.

Əqli və fiziki cəhətdən qüsurlu olan 300 nəfər qızın daimi həkim nəzarəti altında yaşadığı Tehranın İmam Əli adına Reabilitasiya Mərkəzinin rəhbərliyi Azərbaycan səfirliyinin bu addımının onlarda dərin təəssürat və söz ilə ifadəsi çətin olan hisslər oyatdığını vurğulayıblar. Səfirliyin bu təşəbbüsü təqdir olunub, xeyirxah əmələ görə təşəkkür ifadə edilib.

Mərkəzin rəhbərliyi ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyib, Azərbaycan səfirliyinin humanist addımının həm insanlıq, həm də İslam dini nöqteyi-nəzərindən təqdirəlayiq olduğunu bildiriblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.