DÜNYA


İranda ay ərzində 1,3 milyon adama peyvənd vurulacaq

Tehran, 19 fevral, AZƏRTAC

Son sutka ərzində İranda koronavirusa 8 min 17 nəfər yoluxub, 77 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 558 min 159 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 341-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 669 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 331 min 162 xəstə sağalaraq evə buraxılıb.

İranın koronavirusa qarşı mübarizə qərargahının nümayəndəsi Əlirza Rəisi jurnalistlərə bildirib ki, Çindən 250 min doza peyvənd artıq yoldadır və bu günlərdə Tehrana gətiriləcək. Bundan başqa İran 4,2 milyon doza Böyük Britaniya istehsalı olan “AstraZeneca” peyvəndi sifariş verib.

Rusiyadan sifariş edilən 2,5 milyon “Sputnik V” peyvəndinin hələlik 120 min dozası İrana gətirilib. Səhiyyə Nazirliyi 1 ayda 1,3 milyon adama peyvənd vurmasını təmin edəcək plana malikdir və işlər bu plan üzrə həyata keçirilir.

Ə. Rəisi onu da nəzərə çatdırıb ki, bu günə kimi İranda virusun mutasiyaya uğramış Britaniya ştammına yoluxan 21 nəfər aşkar edilib ki, onların 4-ü həyatını itirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.