CƏMİYYƏT


İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Naxçıvan seysmoloji stansiyasından 92 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 17:51-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.1-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.