DÜNYA


İranda baş vermiş zəlzələ nəticəsində azı 8 nəfər yaralanıb

Bakı, 28 avqust, AZƏRTAC

İranın Şərqi Azərbaycan əyalətinin Şərəbiyan mahalında 4,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:44-də baş verib.

Episentri 6 kilometr dərinlikdə yerləşən zəlzələ bəzi evlərə ziyan vurub. Təbii fəlakət nəticəsində ən azı 8 nəfərin yaralandığı bildirilib.

Təbriz şəhərindən 100 kilometr cənubda yerləşən Şərəbiyan mahalına axtarış-xilasetmə dəstələri cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.