DÜNYA


İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb

Tehran 16 noyabr, AZƏRTAC

İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində də etiraz aksiyaları keçirilib.

Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı insident baş verməyib. Polis təhlükəsizliyi təmin edib. Axşam saatlarında aksiya iştirakçıları dağılışıb.

Xatırladaq ki, ötən gün İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.

Sosial şəbəkələrdə də bu məsələ müzakirəyə çıxarılıb. İstifadəçilərin əksəriyyəti hökumətin addımını tənqid edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.