DÜNYA


İranda beş sərhədçi qətlə yetirilib

İranda beş sərhədçi qətlə yetirilib

Bakı, 23 may, AZƏRTAC

İranın Sistan-Bəlucistan bölgəsində baş verən silahlı toqquşmada 5 nəfər sərhədçi həlak olub.

AZƏRTAC xəbər verir ki, onlardan ikisi zabit, üçü isə əsgərdir.

Ümumiyyətlə, son vaxtlar İranın Əfqanıstan ilə sərhədində tez-tez silahlı insidentlər yaşanır. Silahlı dəstələr İran sərhədini qanunsuz yollarla keçməyə çalışarkən sərhədçilərin müqavimətinə rast gəlirlər.

Bölgənin polis idarəsindən verilən məlumata görə, sərhədi daha çox narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələr pozur.

“Tasnim” xəbər agentliyinin məlumatına görə, aprelin sonunda Sistan-Bəlucistanda polis zabiti Əlirza Şəhriki silahlı hücum nəticəsində qətlə yetirilib. O, həyat yoldaşı ilə birlikdə avtomobilində silahlı hücuma məruz qalıb. Həyat yoldaşı ağır yaralanıb. Ötən ilin dekabr və cari ilin yanvar aylarında da bu bölgədə polis və sərhəd qoşunlarının zabitlərinə qarşı silahlı hücumlar olub, iki nəfər qətlə yetirilib. İran hökumətinin həyata keçirdiyi tədbirlərə baxmayaraq, silahlı insidentlər davam edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.