DÜNYA


İranda çökən binada ölənlərin sayı 29-a çatıb

Tehran, 28 may AZƏRTAC

Mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli ticarət mərkəzinin çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Abadan şəhərinin Fövqəladə halların idarəedilməsi mərkəzindən veriblər. Qeyd olunub ki, dağıntılar altında aparılan axtarışlar zamanı əlavə cəsədlər tapılıb. Bununla yanaşı, xəstəxanaya çox ağır vəziyyətdə çatdırılanlar arasında da ölənlər olub.

Qeyd edək ki, Abadan şəhər prokurorluğu hadisə ilə əlaqədar cinayət işi açıb. Binanın istismarına cavabdeh olanlarla, binanın sahibi həbs edilib. İstintaq davam edir.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.