DÜNYA


İranda əhalinin 80 faizindən çoxu koronavirusa qarşı peyvəndlənib

Tehran, 4 dekabr, AZƏRTAC

İran humanizm prinsiplərini əsas tutaraq ölkədə yaşayan xarici vətəndaşlara da peyvənd vurur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İbrahim Rəisi deyib. O bildirib ki, İran kifayət qədər peyvənd istehsal etmək imkanına malikdir. Bununla yanaşı xaricdən də peyvənd alınıb ki, gələcəkdə heç bir problem yaranmasın. Prezident qeyd edib ki, koronavirusun yayılmasının və ölüm hallarının azalmasının əsas səbəbini əhalinin 80 faizindən çoxunun peyvəndlənməsidir.

İranın Səhiyyə Nazirliyinin məlumatına görə son 24 saat ərzində ölkə ərazisində 2 min 157 nəfər koronavirusa yoluxub 58 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 131 min 356 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 130 min 124-ə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda koronavirusdan müalicə alan 3 min 278 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 916 min 199 xəstə sağalaraq evə buraxılıb.

İranda koronavirusa yoluxma və ölüm hallarında azalma davam edir. 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.