DÜNYA


İranda güclü zəlzələ baş verib

Tehran, 17 may, AZƏRTAC

Bu gün səhər saatlarında İranın Xorasan vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, yerin 16 kilometr dərinliyində baş verən zəlzələ vilayətdə dağıntılara səbəb olub.

Vilayətin bir sıra inzibati binalarına və şəxsi yaşayış evlərinə ziyan dəyib. İnsanlar arasında tələfat barədə hələlik məlumat yoxdur. Lakin 14 nəfərin dağıntılar altına qalması və onların xilas edilərək xəstəxanalara çatdırılması bildirilir.

Hadisə yerində təcili tibbi yardım həkimləri və xilasedicilər fəaliyyət göstərir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.