DÜNYA


İranda həbs olunan Cənubi Koreya dənizçiləri sərbəst buraxılıb

İranda həbs olunan Cənubi Koreya dənizçiləri sərbəst buraxılıb

Tehran, 3 fevral, AZƏRTAC

Fars körfəzində İran tərəfindən həbs olunan Cənubi Koreyaya məxsus neft tankerinin dənizçiləri sərbəst buraxılıb və onlara ölkədən çıxmaq üçün icazə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə məlumat verib. Lakin körfəzin ekoloji tarazlığını pozmaqda ittiham edilərək həbs olunan gəmi və onun kapitanı həbsdə saxlanılıb. Mətbuat katibi qeyd edib ki, onların barəsində məhkəmə araşdırmasından sonra qərar qəbul olunacaq.

Qeyd edək ki, İranın neft satışından əldə etdiyi 4 milyard dollar məbləğində vəsait Cənubi Koreya banklarında dondurulub. Rəsmi Seul ölkə banklarında İrana məxsus vəsaitin olduğunu etiraf edib. Lakin həmin vəsaiti sanksiyalara görə İrana qaytara bilmədiyini də bəyan edib. İran hökuməti vəsaitin qaytarılmasında problemin olmadığını bildirib. Buna baxmayaraq, İran iqtisadiyyatı üçün olduqca əhəmiyyətli olan bu vəsait qaytarılmayıb. Bunun ardınca isə İran Cənubi Koreyaya neft daşıyan gəmini körfəzin ekoloji tarazlığını pozmaqda ittiham edərək həbs edib.

S.Xətibzadə bildirib ki, İrana məxsus vəsaitin qaytarılmaması beynəlxalq hüquqa və dövlətlər arasındakı qarşılıqlı anlaşmalara ziddir. Buna görə də həmin vəsait İrana qaytarılmalıdır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.