DÜNYA


İranda iğtişaşlar zamanı müəssisələrə dəyən zərərin müəyyənləşdirilməsi davam edir

Tehran, 3 oktyabr, AZƏRTAC

İranda baş verən iğtişaşlar zamanı dövlət müəssisələrinə və xüsusi əmlaka dəyən zərərin müəyyənləşdirilməsi davam edir.

AZƏRTAC “Hamshahri Online” saytının məlumatına istinadla xəbər verir ki, ən böyük zərər banklara dəyib. Ölkə üzrə 20 bankın binası tamamilə dağıdılıb. Təcili tibbi yardımın 85, yanğından mühafizə təşkilatına məxsus 85, polisə məxsus 15, ictimai nəqliyyatın 100 maşın və avtobusu yandırılıb.

İğtişaşlar baş verən ərazidə həbs olunan 9 nəfər xarici dövlətlərin vətəndaşlarıdır. Həbs olunanlar arasında Almaniya, Polşa, İtaliya, Fransa, Niderland, İsveç vətəndaşları var. Xüsusi xidmət orqanları tərəfindən həbs edilən 92 nəfərə qarşı cinayət işi açılıb. Həbs olunanlar arasında devrilərək ölkədən qaçan şah Rza Pəhləvinin tərəfdarları var. Onlar İranda çoxsaylı təxribatlar törədiblər. Həbs olunanlardan 28 nəfəri cinayətkar keçmişə malikdir. Onlar əvvəllər oğurluq və quldurluq maddələri ilə tutularaq cəzaçəkmə müəssisələrində olublar və narkotik maddə istifadəçiləridilər.

Xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən “molotov kokteyli” hazırlayan 2 sex aşkar edilib.

İranın müvafiq orqanları araşdırmaları davam etdirirlər. Lakin Tehranda və digər şəhərlərdə hələ də insanlar küçələrə çıxaraq etiraz aksiyaları keçirirlər.

Nəzərə çatdıraq ki, sentyabrın 16-da İranın əxlaq polisi 22 yaşlı Məsihə Əmini adlı qızı baş örtüyünü düzgün örtmədiyi üçün zorakılığa məruz qoyub. Bir neçə saatdan sonra qız xəstəxanada ölüb. Bundan sonra İranın böyük şəhərlərində kütləvi aksiyalar başlayıb. Sonradan bu aksiyalar iğtişaşlara çevrilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.