DÜNYA


İranda, ilk növbədə, tibb işçilərinə peyvənd vurulacaq

İranda, ilk növbədə, tibb işçilərinə peyvənd vurulacaq

Tehran, 9 fevral, AZƏRTAC

İranda COVID-19 infeksiyası ilə əlaqədar vəziyyət tədricən sabitləşir, ölüm və yoluxma hallarında azalma müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 7321 nəfər yoluxub, 67 nəfər isə ölüb. Bununla da, ümumilikdə, İranda yoluxanların sayı 1 milyon 473 min 756 nəfərə, ölənlərin sayı isə 58 min 536-ya çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3778 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 260 min 46 xəstə sağalaraq evə buraxılıb.

Bu gündən etibarən İranda əhaliyə peyvənd vurulması prosesi başlayıb. Peyvənd, ilk növbədə, tibb işçilərinə vurulur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.