DÜNYA


İranda keçiriləcək prezident seçkilərində namizədlərin qeydiyyatı mayın 11-də başlayacaq

Tehran 9 may, AZƏRTAC

İyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı mayın 11-də başlayacaq və dörd gün davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanındakı seçki qərargahı açıqlama verib. Bildirilib ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, Azadi və Qum universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri namizəd kimi seçkilərdə iştirak edə bilərlər. Prezident seçkiləri haqqında qanuna edilən dəyişikliyə əsasən namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı 75-dən yuxarı olmamalıdır.

Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, iyunun 18-də prezident seçkiləri ilə yanaşı, şəhər və kənd bələdiyyə şuralarına da seçkilər keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.