DÜNYA


İranda koronavirusa qarşı vaksin insanlar üzərində sınaqdan keçirilir

Tehran, 17 noyabr, AZƏRTAC

Son sutka ərzində İranda 13 min 352 nəfər koronavirusa yoluxub, 482 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyini verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 788 min 473, yoluxaraq ölənlərin sayı isə 42 min 461-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 691 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 570 min 774 nəfər isə sağalaraq evə buraxılıb.

Nazirliyin nümayəndəsi Kiyanuş Cahanpur isə bildirib ki, İranda iki vaksin hazırlanıb və hazırda insanlar üzərində sınaqdan keçirilir.

Bununla yanaşı İranda insan orqanizmində koronavirusun mövcudluğunu 15-20 dəqiqəyə müəyyən edən test-sistemi hazırlanıb istifadəyə verilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.