DÜNYA


İranda koronavirusa yoluxanların sayı 18 nəfərə çatıb

Tehran, 21 fevral AZƏRTAC.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 18 nəfərə çatıb.

AZƏRTAC nazirliyin bəyanatına istinadla xəbər verir ki, virusa yoluxanlardan dörd nəfəri həyatını itirib. Yoluxma halları Tehran, Qum və Ərak şəhərlərində, Gilan vilayətində qeydə alınıb.

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək müqəddəs Qum və Məşhəd şəhərlərinə ziyarətlərini təxirə salmağa, şəxsi gigiyenaya diqqətlə yanaşmağa çağırıb. İlk dəfə virus Qum şəhərində aşkarlanıb. Bu şəhərə xaricdən o cümlədən Çindən çoxlu sayda ziyarətçi gəlir. Ehtimal edilir ki, virusu bura onlar gətiriblər. Şəhərdə bütün məktəblər, universitetlər və uşaq bağçaları bağlanıb. İranın Səhiyyə naziri Məhəmməd Mehdi virusun mənbəyinin tapılması ilə bağlı tədbirlərin həyata keçirildiyini bildirib.

Tehranda ictimai nəqliyyatda dezinfeksiya işləri aparılır, əhaliyə tibbi maskalar paylanır. İran Çin ilə təyyarə əlaqəsini tamamilə kəsib. Tehrandan Çinin müxtəlif şəhərlərinə olan reyslər təcili təxirə salınıb. İraq və Türkiyə İranla sərhəd-keçid məntəqələrini müvəqqəti olaraq bağlayıblar.

Bütün bunlar vəziyyətin olduqca ciddiliyindən xəbər verir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.