DÜNYA


İranda koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşıb

Tehran, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-na olan məlumata əsasən İranda 13 min 961 nəfər koronavirusa yoluxub, 482 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yayıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 908 min 346-ya, yoluxaraq ölənlərin sayı isə 46 min 689-a çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 849 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla nəticələnən 633 min 275 nəfər isə sağalaraq evə buraxılıb.

Bu günə qədər İranda 5 milyon 955 min 724 nəfər testdən keçirilib.

Tehran, İsfahan, Qum, Qəzvin, Ərdəbil, Zəncan, Xorasan, Gilan, Kirmanşah, Xuzistan şəhərlərində infeksiya daha çox yayılıb və şəhərlər qırmızı zonaya daxildirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.