DÜNYA


İranda koronavirusa yoluxanların sayı 62 min nəfəri ötüb

Tehran, 7 aprel, AZƏRTAC

Son 24 saat ərzində İranda 133 nəfər koronavirus səbəbindən həyatını itirib. Bununla da bu virusdan ölənlərin ümumi sayı 3 min 872 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə yoluxanların sayı 62 min 589 nəfərə çatıb. Bununla yanaşı 27 min 39 nəfər də sağalaraq evə buraxılıb.

O bildirib ki, yoluxan bütün xəstələr üçün ayrılmış xəstəxanalarda çarpayı kifayət qədərdir. Lakin reanimasiya çarpayılarının hamısı doludur. Reanimasiya üçün 4 min yeni yer yaradıldı ki, bunlar da tez bir zamanda doldu.

İran parlamentinin idarə heyətinin üzvü Məhəmmədrza Tabeş bildirib ki, parlament üzvləri yenidən testdən keçirildi və 11 deputatda koronavirus aşkar edilib. Hazırda həmin deputatlar xüsusi xəstəxanalara yerləşdirilib.

Tehranın ən böyük ticarət mərkəzi hesab edilən “İran mal” 3 min çarpayılıq xüsusi xəstəxanaya çevrilib.

Prezident Həsən Ruhani İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyiyə müraciət edərək koronavirusla mübarizəni daha da səmərəli etmək üçün Milli İnkişaf Fondunda 1 milyard avro ayırmağı xahiş edib. İranın Ali Rəhbəri bunun üçün razılıq verib.

İran hökumətinin tərtib etdiyi proqrama əsasən ayrılan vəsaitdən sahibkarlara da yardım göstəriləcək ki, iş yerləri bağlanmasın.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.