DÜNYA


İranda koronavirusa yoluxanların sayı artıb

Tehran, 22 fevral AZƏRTAC

İranda koronavirusa yoluxanların sayı 28 nəfərə çatıb, onlardan 5-i həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. İRİNN televiziya kanalında çıxış edən K. Cahanpur bildirib ki, yoluxmanın qarşısını almaq məqsədilə təcili tədbirlər həyata keçirilir.

Qeyd etmək lazımdır ki, İranın sanksiya altında olması bəzi lazım olan tibbi preparatların ölkəyə gətirilməsində çətinlik yaradır. Buna baxmayaraq İranın Səhiyyə Nazirliyi əhalinin sıx yaşadığı şəhərlərdə koronavirusa yoluxanlar üçün xüsusi xəstəxanalar ayırıb.

Mətbuat katibi bir daha əhalini diqqətli olmağa, tibbi maskalardan istifadə etməyə və gigiyena qaydalarına ciddi əməl etməyə çağırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.