DÜNYA
İranda koronavirusa yoluxanların sayı kəskin artıb
Tehran, 31 oktyabr, AZƏRTAC
İranda koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu günə olan məlumata görə, ölkədə 7 min 820 nəfər koronavirusa yoluxub, 386 nəfər isə vəfat edib. İranda virusa yoluxanların ümumi sayı 612 min 772 nəfər, ölənlərin sayı isə 34 min 864-ə çatıb.
Müalicəsi davam edən 5 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 481 min 930 nəfər sağalaraq evə buraxılıb.
Bu gün Prezident Həsən Ruhaninin iştirakı ilə koronavirusla mübarizə üzrə milli mübarizə komitəsinin iclası keçirilib.
Prezident bildirib ki, yoluxanların və ölənlərin sayının artması ilə əlaqədar karantin rejimi yenidən tətbiq olunacaq.
Onun sözlərinə görə, İranın 25 vilayətindəki 46 şəhərdə 10 gün müddətində karantin rejimi tətbiq ediləcək. Təhsil müəssisələri ilə yanaşı, ictimai iaşə obyektlərinin fəaliyyəti qadağan olunacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]