DÜNYA


İranda koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Tehran, 31 oktyabr, AZƏRTAC

İranda koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Bu günə olan məlumata görə, İranda 8011 nəfər koronavirusa yoluxub, 365 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib.

Onun sözlərinə görə, İranda virusa yoluxanların ümumi sayı 604 min 952 nəfər, ölənlərin sayı isə 34 min 478-ə çatıb. Müalicəsi davam edən 5128 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 480 min nəfər sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.