DÜNYA


İranda koronavirusdan 1 milyon 125 min 499 nəfər sağalıb

Tehran, 18 yanvar, AZƏRTAC

İranın səhiyyə sisteminin həyata keçirdiyi tədbirlər sahəsində COVID-19 infeksiyasına yoluxanlar arasında ölüm halları kifayət qədər azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, son sutka ərzində İranda 5 min 806 nəfər virusa yoluxub, 83 nəfər isə həyatını itirib. Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 336 min 217 nəfərə, yoluxaraq ölənlərin sayı isə 56 min 886-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 348 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 125 min 499 xəstə sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.